Türkiyə İrana PKK ilə birgə mübarizə təklif edib

Türkiyə İrana PKK ilə birgə mübarizə təklif edib

Türkiyə İrana PKK terror təşkilatı ilə birgə mübarizə aparmağı təklif edib.

7news.Az "Anadolu” agentliyinə istinadla xəbər verir ki, bu sözləri Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli deyib.

Onun sözlərinə görə, İranın PKK ilə mübarizəyə müsbət yanaşmasına baxmayaraq, tərəflər bu terror qruplaşmasına qarşı birgə fəaliyyətlə bağlı razılığa gəlməyiblər. 

Qeyd edək ki, bir müddət öncə Türkiyə mətbuatı Türkiyə və İranın İraqın şimalında PKK-ya qarşı birgə əməliyyatlara başlayacağı ilə bağlı məlumat yaymışdı. 

7news.Az

Xəbər lenti