Türkiyə Rusiyaya yeni səfir təyin etdi

Türkiyə Rusiyaya yeni səfir təyin etdi

Türkiyənin Xarici İşlər Nazirliyi Rusiyaya yeni səfir təyin edib.

7News.Az xəbər verir ki, bununla bağlı "Anadolu” agentliyi diplomatik mənbəyə istinadla məlumat yayıb.

2016-cı ildə Türkiyənin Rusiyadakı səfiri olan Hüseyn Diriözü Türkiyə XİN-in konsulluq xidmətinin rəhbəri Mehmet Samsar əvəz edib. "Hurriyet” qəzetinin məlumatına görə, Samsar bundan öncə Türkiyənin Ukraynadakı səfiri vəzifəsində çalışıb. 

Bundan başqa, Türkiyə XİN İspaniya, Braziliya, Avstriyaya səfirlər, eləcə də, Avropa Şurası və Avropa Birliyinə yeni daimi nümayəndələr təyin edib. 

7News.Az

Xəbər lenti