Türkiyə Suriyadakı əməliyyat barədə xəbərdar olub

Türkiyə Suriyadakı əməliyyat barədə xəbərdar olub

Türkiyə hakim partiyasının sözçüsü Mahir Ünal Suriya əməliyyatları barədə Türkiyənin əvvəlcədən məlumatlandırıldığını bildirib.

7news.Az xəbər verir ki, Ünal bu barədə "CNN Türk”ə danışıb:

"Türkiyə bölgədə hər hansı bir şey olanda "Çözümə qatqısı nədir” deyə sual verir. Suriyada daxili müharibənin tezliklə bitməsi və Suriyanın ərazi bütövlüyünün tərəfdarıyıq.

Bu əməliyyat rejimin əleyhinədir. Xüsusilə kimyəvi silahlardan istifadəyə qarşı yönəlib.

Son bir həftədir Şərqi Quta və Duma bölgəsində kimyəvi silahlardan istifadənin belə reaksiya ilə qarşılanacağı məlum idi. Bizimlə də məlumat paylaşımı oldu”.

7news.Az

Xəbər lenti