Türkiyədə dollar sürətlə ucuzlaşır

Türkiyədə dollar sürətlə ucuzlaşır

Türkiyənin bank bazarını tənzimləyən qurumun "swap” (valyutadəyişmə) həmləsindən sonra dolların məzənnəsi lirəyə nisbətdə ucuzlaşmaqda davam edir. 

7News.Az xəbər verir ki, bu gün günorta saatlarına olan məlumata görə, dolların alış məzənnəsi  5,78, satış məzənnəsi isə 5,79 lirə olub. 

Beləliklə, bir gündə dollar lirəyə nisbətdə 2,54 faiz zəifləyib. Son üç gündə isə dolların itkisi 15,1 faiz təşkil edib.

Avro  lirəyə nisbətdə 1,91 faiz aşağı düşüb. Avronun alışı 6,57, satışı 6,59 lirə olub. 

7News.Az

Xəbər lenti