Türkiyədə dollar yenidən yüksəlişə keçdi - YENİLƏNİB

Türkiyədə dollar yenidən yüksəlişə keçdi - YENİLƏNİB

Dollar və avro türk lirəsi qarşısında bahalaşmaqda davam edir. 

7News.Az xəbər verir ki, günə 6,30 dan başlayan dollar/lirə məzənnəsi 6,45 lirəyə qədər yüksəlib. 

Beləliklə, dollar lirəyə nisbətdə 3,02% bahalaşıb. Avronun məzənnəsi isə 2,57% yüksələrək, 7,5 lirə təşkil edib.  

Qeyd edək ki, Türkiyə Mərkəzi Bankı bankalararası pul bazarında gecəlik borclanma limitini müvəqqəti olaraq 13 avqust tarixindən əvvəlki limitlərin iki misli qədər müəyyən edib. 

10:24

Türkiyədə dollar Qurban Bayramı tətilindən sonra yenidən yüksəlişə keçib.

7News.Az xəbər verir ki, ötən gün 6.30 lirə təşkil edən dollar bu gün səhər saatlarına da məzənnəsini qoruyub. 

Avronun məzənnəsi isə 7.35 lirədən əməliyyat görməyə başlayıb.

Qeyd edək ki, dollardakı dalğalanmaya ABŞ Mərkəzi Bankının gözlənilən toplantısı və bu iclasda faizlərin artımı ilə bağlı verəcəyi qərara dair proqnozlar səbəb olub. 

7News.Az

Xəbər lenti