Türkiyədə ingilis ingilisə təcavüz etdi - Video

Türkiyədə ingilis ingilisə təcavüz etdi - Video

Türkiyənin Muğla vilayətinin Marmaris qəsəbəsində İngiltərə vətəndaşı Deklan Tirone Marşal (27 yaş) həmvətəndaşı E.L.H-yə (35 yaş) təcavüz edib.

Cinsi təcavüzə və zorakılığa məruz qalan E.L.H. xəstəxanaya çatdırılıb.

Maliyyə eksperti olan E.L.H., sentyabrın 3-də rəfiqəsi Lauren Cein Rassel ilə Türkiyəyə səyahət edib. Onlar sentyabrın 10-da Marmarisdəki barların birində həmyerliləri Deklan Tirone Marşalla tanış olublar. Onlar gecəni Russelin evində keçiriblər.

Rassel səhər duranda rəfiqəsini yerdə bayılmış vəziyyətdə görüb. O, dərhal təcili yardım çağırıb. İlkin rəyə görə, E.L.H-nın almacıq sümüyü sınıb, bədəninin müxtəlif nahiyyələri ciddi zədələnib.

E.L.H., ifadəsində bildirib ki, rəfiqəsigildə olarkən gecə Deklan onun yanına gəlib: "Mənə cinsi təcavüzə qalxdı. Ona sevgilimin olduğunu və məndən uzaqlaşmasını dedim. Hirslənib yumruqla sifətimə vurdu, dizi ilə bədənimə zərbələr endirdi və qaçdı. Aldığım zərbələrdən bayıldım. Şikayətçiyəm".

Polis Marşalı həbs edib./teleqraf/com

 


7News.Az

Xəbər lenti