Türkiyənin Hərbi Hava Qüvvələrinin komandanı Azərbaycana gəlib

Türkiyənin Hərbi Hava Qüvvələrinin komandanı Azərbaycana gəlib

Noyabrın 29-da Türkiyə Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı, ordu generalı Hasan Küçükakyüz Azərbaycana rəsmi səfərə gəlib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 7news.Az-a bildirilib ki, səfər çərçivəsində ordu generalı H. Küçükakyüzün Müdafiə Nazirliyində bir sıra görüşləri planlaşdırılır. Görüşlərdə iki ölkənin Hərbi Hava Qüvvələri arasında əməkdaşlığın hazırkı vəziyyəti, perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunacaq.

Səfər dekabrın 1-dək davam edəcək.

 

7news.Az

Xəbər lenti