"Twitter" və "Facebook" Rusiyanın "Brexit"ə müdaxiləsini araşdıracaq

"Facebook" və "Twitter" şirkətləri Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı referendum prosesinə Rusiyanın müdaxiləsinin araşdırılmasında iştirak edəcək.

7news.Az Lent.az-a istinadən xəbər verir ki, "Twitter"in Böyük Britaniyadakı rəhbərlərindən Nik Piklz məlumatı təsdiqləyib.

O bildirib ki, sosial şəbəkə məsələ ilə bağlı öz araşdırmasını da aparacaq.

Qeyd edək ki, 2016-cı ilin 23-24 iyun tarixlərində - "Brexit” üzrə referendum zamanı "Twitter” mikrobloqundakı Rusiya mənşəli səhifələrdə azı 45 min paylaşım edilib. Bu barədə Kaliforniya və Svansi universitetlərinin alimləri araşdırma aparıb. Bildirilir ki, Rusiya mənşəli 150 mindən çox səhifə daha əvvəl əsasən Ukrayna hadisələri barədə paylaşımlar edirdisə, "Brexit” ərəfəsində diqqəti bu məsələyə yönəldiblər. Fəallığın pik nöqtəsi referendum günü – iyunun 23-də və ertəsi gün qeydə alınıb. Əgər iyunun 13-nə qədər rusiyalıların səhifələrində "Brexit”lə bağlı 1000-dən az "tvit” yazılmışdısa, 24 iyunda bu göstərici 39 minə çatıb. Bu paylaşımların əksəriyyəti "bot”lar tərəfindən edilib. Analiz göstərir ki, belə "tvit”lərə yüz milyonlarla baxış olub. Əksər "tvit”lər insanları Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına səs verməyə çağırıb.

 

7news.Az

Xəbər lenti