Ukraynadan ŞOK ETİRAF: “Rusiya ilə müharibə olarsa…”

Ukraynadan ŞOK ETİRAF: “Rusiya ilə müharibə olarsa…”

"Ukraynada anlayırlar ki, Ukrayna Silahlı Qüvvələri Rusiya ilə müharibəyə hazır deyil”.

7news.Az xəbər verir ki, bu haqda Ukrayna Birləşmiş güclərin əməliyyat qərargahının böyük zabitinə istinadən "Strana.ua” yazıb.

Onun sözlərinə görə, Moskva ilə münaqişə halında, nə Ukrayna dövləti, nə də ordu belə müharibəni aparmaq gücündə olacaq. Zabit həmçinin əlavə edib ki, Kiyev Xarkov, Çerniqov və ya Sumsk vilayətlərinin sərhədlərində kifayət qədər hərbi kontingentə malik deyil.

"Ukraynada sadəcə o qədər döyüş bacarığı olan bölmə yoxdur ki, Rusiya ilə müharibə apara bilsin”, - nəşrin mənbəyi vurğulayıb.

7news.Az

Xəbər lenti