Uşağın saçını keçəl qırxdırmaq faydalıdır yoxsa ziyanlı?

Uşağın saçını keçəl qırxdırmaq faydalıdır yoxsa ziyanlı?
"Uşaqların dərisinin nəfəs alması üçün saçların dibindən qırxılması yaxşı ənənədir".

7News.Az sherg.az-a istinadən bildirir ki, bunu körpələrin saçlarının dibindən qırxılmasının faydasıdan danışarkən pediatr Vaqif Qarayev söyləyib.

 

"Baş dərisinin rahat nəfəs alması, tərləmənin azalması, saçların sağlam inkişafı, diblərinin möhkəm olması üçün başı keçəl etmək olar. Son vaxtlar uşaqların saçında müxtəlif naxışlar, işarələr də yaradırlar. Bu, onların bərbərdən qorxmaması, saçlarını tez-tez kəsdirməyə həvəs göstərməsi üçün yaxşı nümunədir. Lakin bəzi hallarda başın kənarlarını təmizləyir, orta hissəni saxlayırlar. Estetik baxımdan yaxşı görünsə də, tərləməni azaltmaq, baş dərisinin nəfəs alması üçün faydalı deyil. Sağlamlığa ziyan verməyəcək şəkildə uşaqlarının saçının dibindən təmizlənməsini dəstəkləyirəm. Uzun, gur saç saxlamağın heç bir xeyri yoxdur".

 

7News.Az

Xəbər lenti