7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, saxlanılan zaman qadın polisə başı ilə zərbə endirib. Bu zaman polisin burnu qırılıb.
Şəxsi mülkə zərər vermək, döymə, icazəsiz uşaq qaçırma maddələri ilə ittiham olunan Tuğba Tikən bu gün məhkəmə qarşısına çıxarılıb.
Məhkəmədə ifadə verən qadın polisi vurduğunu boynuna alıb: "Yavaş vurdum. 5 nəfər üstümə hücum çəkmişdi. Mən uşaq evində böyümüşəm. İstəmirəm ki, oğlum da mənim kimi uşaq evində böyüsün”.
