USQ-nin yeni raketləri:"Vilxa" "Smerç"ə qarşı - FOTO+VİDEO

USQ-nin yeni raketləri:
Bu gün Ukrayna müdafiə sənayesi sektoru tərəfindən inkişaf etdirilən "Vilxa” raketin qəbul testləri tamamlanıb.
 
BNEWS.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ukrayna müdafiə sənayesi fasiləsiz olaraq müdafiə təyinatlı məhsulların yaradılması və istehsalının mənimsənilməsi istiqamətində intensiv işlər həyata keçirir. Belə ki, Ukrayna müdafiə sənayesi şirkətləri ilə "Luç" Kiyev layihə bürosu tərəfindən inkişaf etdirilən "Vilxa” raketinin imkanları test edilib.
 
Ukrayna prezidenti Pyotr Poroşenko hədəfi dəqiq vuran yeni raketin sınaqlarının uğurla keçirildiyini bildirib: "Ukrayna istehsalı olan "Vilxa" kompleksi Rusiyanın sovet dövründə silahlanmaya qəbul etdiyi 300 millimetrlik "Smerç" YARS-larından daha 10 qat üstündür. Bu il "Vilxa" kompleksin silahlanmaya qəbul edilməsi məqsədilə kütləvi istehsalına başlanacaq".
 
7news.Az

Xəbər lenti