Usta 4-cü mərtəbədən yıxılaraq ölüb - Bakıda

Usta 4-cü mərtəbədən yıxılaraq ölüb - Bakıda

Bakıda usta faciəli şəkildə ölüb.

 

Hadisə paytaxtın Yasamal rayonunda, Mətbuat prospektində qeydə alınıb. Həmin ünvanda yerləşən binalardan birinin fasadında təmir işləri aparan 1989-cu il təvəllüdlü Şamxal Vidadi oğlu Bədəlov 4-cü mərtəbədən yıxılaraq ölüb.

 

Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikintidə təhlükəsizlik qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır./apa

 

7News.az

Xəbər lenti