Utandığından 25 il çimərlik geyimi... - FOTOLAR

Utandığından 25 il çimərlik geyimi... - FOTOLAR

Sarah Sapora 38 yaşında həyat dolu bir qadındır. O, həyatı boyunca artıq çəkilərindən əziyyət çəkib.

 13 yaşında ikən getdiyi tətildə çimərlik geyimi geydikdən sonra artıq çəkilərini ələ saldıqlarına və şəkillərini çəkdiklərinə görə daha çimərlik geyimi geyməməyə qərar verib.

 

O bu sözünü 25 il tutub. Daha sonra həyatını başqalarının fikirlərinə görə yaşamamağa qərar verib.

Həyat yoldaşı onu olduğu kimi sevir və bütün tənqidlərə qarşı güclü olmağa kömək edir. Sarah da həyat yoldaşından aldığı cəsarətlə yenidən çimərlik geyimi geyməyə qərar verib. Hətta bu geyimdəki fotolarını sosial şəbəkədə də paylaşaraq "Həyata bir dəfə gəlirik dostlar. İnsanların nə fikirləşəcəyinə əhəmiyyət vermədən öz həyatınızı yaşayın” deyib./metbuat



 

7news.Az

Xəbər lenti