Uğurlu insanlar günə belə başlayırlar - VƏRDİŞLƏR

Uğurlu insanlar günə belə başlayırlar - VƏRDİŞLƏR

Səhər saatları qarşıdakı böyük günün əhval-ruhiyyəsini təyin edir, buna görə də onu faydalı və xoş keçirmək önəmlidir. Faydalı alışqanlıqlar qazanmaq gün ərzində xoş əhvalda olmağa kömək ola bilər.

7News.Az Oxu.Az-a istinadən dünyada uğurlu sayılan 11 şəxsin səhər rituallarını təqdim edir:

1. Mark Zukerberq

("Facebook”un yaradıcısı)

Hər səhər Zukerberq dünən geyindiyi kimi geyinir. Bu, ona gün ərzində bir qərar daha az qəbul etməyə imkan verir. Yuxulu-yuxulu şkafa baxıb nə geyinəcəyinizi düşünməyərək, həyatınızı sadələşdirib vaxtınıza qənaət etmiş olursunuz. Stiv Cobs və onun qara köynəklə cins şalvarı da buna nümunədir.

2. Cek Dorsi

("Twitterin” yaradıcılarından biri)

Yuxudan oyandıqdan sonra amerikalı sahibkar meditasiya ilə məşğul olur, sonra yürüşə çıxır, 10 kilometrə yaxın məsafə qət edir. Hər kəs bunu etməyə qadir deyil, amma 10 dəqiqəlik səhər idmanı elə də çətin olmaz.

3. İlon Mask

(Sahibkar, "SpaceX” şirkətinin yaradıcısı və "Tesla”nın CEO-su)

Milyarder çox işləsə də, həmişə mütləq altı saat yuxu yatır. Səhəri 07:00-da başlayır, ilk işi poçt qutusunu yoxlamaq olur, yarım saat ərzində ən vacib və təcili xəbərlərə cavab verir. İş adamı həmişə səhər yeməyi yeməyə vaxt tapmasa da, duş qəbul etməyə heç vaxt laqeyd yanaşmır.

4. Barak Obama

(ABŞ-ın keçmiş prezidenti)

06:45-də keçmiş prezident güc məşqləri ilə kardio qarışıq idman edir. Sonra ailəsi ilə səhər yeməyi yeyib qızına məktəbə hazırlaşmağa kömək edir.

Axşama qədər görüşməyəcəyinizi, işdən sonra yorğun və tükənmiş halda gəldiyinizi nəzərə alsaq, günə həm özünüz üçün faydalı, həm də yaxınlarınıza vaxt ayıraraq başlamaq maraqlıdır. Buna görə də səhərin canlı ünsiyyəti vacibdir.

5. Opra Uinfri

(Teleaparıcı)

20 dəqiqəlik meditasiya, sonra 15 dəqiqədən az olmayaraq, qaçış zolağında idman və ən vacibi, zülallar, yağ və karbohidratdan ibarət balanslaşdırılmış səhər yeməyi yemək. Sadə səhər ritualı teledivaya pozitiv əhval bəxş edir, enerji ilə təmin edib güc verir.

6. Haruki Murakami

(Yazıçı)

Roman yazma ərəfəsində yazıçı hər gün səhər 04:00-da oyanır və işə başlayır. Beş-altı saat işlədikdən sonra yürüşə, ya da üzməyə gedir, kitab oxuyur, musiqi dinləyir, axşam 09:00-da yatır. 

Gün ərzində etməli olduğumuz vacib işlər üçün rejim köməyə gəlir. Kimisi səhərdən produktiv olur, kimisi günəş çıxdıqdan sonra, önəmli olan bunu tapmaqdır.

7. Anna Vintur

(ABŞ-ın "Vogue” jurnalının baş redaktoru)

Moda dünyasının əfsanəsi və parlaq jurnalın daimi baş redaktoru 30 ildir ki, əminliyin və uğurun ümumiləşmiş obrazıdır. Onun səhəri 05:45-dən bir saatlıq tennis partiyası ilə başlayır. Sonra özünü qaydaya salıb ofisə yola düşür. 

Zəngli saatın səsini eşidəndə gözlərini açıb yataqdan durmaqda çətinlik çəkənlər üçün ilhamverici nümunədir. İlk şəfəqlərdən gümrah olmaq üçün rejimə nəzarət etmək, erkən yatmaq lazımdır. 

8. Stiv Cobs

(Sahibkar, ixtiraçı, "Apple” şirkətinin yaradıcılarından biri)

Əfsanəvi insan hər səhər güzgüdə özünə baxır və bu sualı verir: "Bu gün həyatımın sonuncu günü olsaydı, bu gün üçün planlaşdırdığım işləri etmək istərdim və ya edərdim?” Əgər bir neçə gün boyunca cavab mənfidirsə, deməli, həyatda nələrisə dəyişmək vaxtıdır. 

Bu, öz işinizlə məşğul olduğunuzu, yoxsa axına qoşulub getdiyinizi anlamağın ən yaxşı üsuludur. 

9. Marqaret Tetçer

(Böyük Britaniyanın keçmiş baş naziri)

Gec saatlara qədər davam edən iş görüşləri də Dəmir lediyə səhəri gün saat 05:00-da oyanıb radioda yemək və kənd təsərrüfatı haqda olan sevimli verilişinə qulaq asmağa mane ola bilmirdi. 

Bu cür xoş detalları unutmamalıyıq. Səhər pozitiv təəssürat, sevimli iş və sadəcə, sizə zövq verən işlərlə başlasa, gün boyu müsbət enerjili olacaqsınız.

10. Uinston Çörçill 

(Britaniyalı siyasi xadim, Böyük Britaniyanın keçmiş baş naziri, jurnalist, yazıçı, ədəbiyyat üzrə Nobel mükafatı laureatçısı)

Uinston Çörçill fövqəladə şəxsiyyət idi. Onun adi səhəri də digər dahi insanların tipik rituallarına bənzəmirdi. 07:30-da oyanır, səhər yeməyi yeyir, yatağında qəzet oxuyub işləyirdi. 11:00-da bağa gəzintiyə çıxır, soda və viski içirdi. Yataqdan durmayaraq produktiv işləməyi, yəqin, ancaq bu britaniyalı siyasətçi bacarırdı. Onun üçün bu, adi hal idi.

Sizin də səhər rituallarınız digərlərinkindən fərqlənə bilər. Amma yenə də günəşin oyanması ilə içki içmək məsləhət deyil.

11. Benjamin Franklin

(Siyasi xadim, ixtiraçı, yazıçı)

Benjamin Franklinin günü, sözün əsl mənasında, cədvəl olaraq saatbasaat yazılır. Siyasətçi səhər 05:00-da oyanır, yuyunur, səhər yeməyi yeyib gününü planlaşdırır. Franklin səhərlər özünə mütləq sual verir: "Bu gün mən yaxşı nə iş görəcəyəm?” 

Saat 08:00-da işləməyə başlayır.

Gün ərzində etmək istədiyiniz hər şeyi etmək alınmırsa, deməli, ciddi intizam probleminiz var. 

7News.Az

Xəbər lenti