Vahid Əhmədov: “Azərbaycan-İran arasında münasibətlər yüksək səviyyədə inkişaf edir”

Vahid Əhmədov: “Azərbaycan-İran arasında münasibətlər yüksək səviyyədə inkişaf edir”

Azərbaycan-İran əməkdaşlığının mühüm istiqamətlərindən olan "Şimal-Cənub” nəqliyyat dəhlizi üzrə işlər intensiv şəkildə aparılır. Azərbaycanda 8,3 kilometr, İranda 1,4 kilometr dəmir yolu, Astara çayı üzərində dəmir yolu körpüsü istismara hazırdır və artıq sınaq qatarlarının hərəkəti həyata keçirilib. Astarada (İran) terminalın təməlinin qoyulması və məhsul anbarlarının tikintisi nəzərdə tutulur. Bu terminalın və anbarın tikintisi Azərbaycana nə verəcək? Ümumiyyətlə, İranla iqtisadi-ticari əməkdaşlıgın gücləndirilməsi Azərbaycanın qeyri-neft sektorunun hansı bölmələrinin inkişafina öz təsirini göstərəcək və ixrac baxımından ölkəmiz nə qazanacaq?

Məsələ ilə bağlı BNEWS.az-a açıqlama verən Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, son zamanlar Azərbaycan-İran arasında münasibətlər yüksək səviyyədə inkişaf edir: "İlin sonunadək Astara (Azərbaycan)-Astara (İran) dəmiryol xəttinin istifadəyə verilməsi gözlənilir. Eyni zamanda İranın dərman və avtomobil firmaları dövlət səviyyəsində Azərbaycan iqtisadiyyatına investisiya yatırır, eləcə də İran şirkətləri Azərbaycanda sənaye parkları inşa edirlər. Bu gün İran Avropanı-Asiya ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yüklərin daşınmasına maraq göstərir”, - deyə o, qeyd edib. Vahid Əhmədovun sözlərinə görə, bir il ərzində Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə təxminən 10 miyon ton yük, milyona yaxın isə sərnişin daşınacaq: "Ona görə də İranın Azərbaycana göstərdiyi diqqət yüksəkdir. Hazırda Qaradağ rayonunda dünya standartlarına cavab verən böyük bir liman inşa olunur. Limanın inşası məhz dəmir yolu xətti ilə bağlıdır. Bütün bunlar ondan xəbər verir ki, artıq İran-Azərbaycan münasibətlərində bir istiləşmə var. Ümumiyyətlə, Bakı-Tbilisi-Qars dəmiryolu xətti istifadəyə verilməsindən sonra Azərbaycana diqqət artıb”, - deyə o, əlavə edib.

BNEWS.az

Xəbər lenti