Vaqif Əsədov: “Araşdırma aparılır” - VİDEO

Vaqif Əsədov: “Araşdırma aparılır” - VİDEO
Bir neçə gün öncə Azərbaycanın əməkdar artisti, sevilən müğənnilərdən olan Abbas Bağırov yolda intizamsızlıq edib və bunu videoya çəkərək sosial şəbəkələrdə paylaşıb. Hər kəs A. Bağırovu buna görə kəskin tənqid edib.
 
Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədovla əlaqə saxladıq.
 
V. Əsədov BNEWS.az-a açıqlamasında bildirib ki, sosial şəbəkələrdə yayımlanan video ilə bağlı həqiqətən də araşdırmanın aparılması zərurəti yaradır: "Təbii ki, bu hərəkətin edilməsində inzibati xəta tərkibi var. Bununla bağlı tənbeh tədbirlərinin görülməsində qanunvericiliklə nəzərdə tutulub. Hazırda aidiyyatı üzrə araşdırma aparılır. Yaxın vaxtlarda müvafiq tədbirlər görüləcək və bununla bağlı ictimaiyyətə də məlumat veriləcək”. 
 
7News.az

Xəbər lenti