“Vətəndaş Cəmiyyətinin psixoloji maarifləndirilməsi və Media” layihəsinə start verilib

“Vətəndaş Cəmiyyətinin psixoloji maarifləndirilməsi və Media” layihəsinə start verilib

Azərbaycan Mətbuat Şurası, Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi (PXTİB) və "Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi ilə birgə "Vətəndaş Cəmiyyətinin psixoloji maarifləndirilməsi və Media” layihəsinə 2018-ci ilin aprel ayından start verilir.

Layihənin məqsədi psixoloji maarifləndirmə işinin mətbuatda peşəkarlıqla işıqlandırılmasını və bu vacib mövzunu aktuallaşdırmasıdır.

Layihənin icrası 6 ay davam edəcək. Layihənin açılış mərasimi aprel ayında olacaq. Daha sonra "KİV-də psixoloji maarifləndirmə”, "Mətbuatın mənəviyyata və insan psixologiyasına təsiri”və "Jurnalist psixoloqların hazırlığı məsələsi” mövzularında təlimlər keçiriləcək , jurnalistlərin "Loqos”-un Gəncə, Lənkəran, Xaçmaz və Bərdə filiallarına ekskursiyası təşkil ediləcək.

Layihənin yekununda fərqlənən jurnalistlər"Loqos”-un dostu” mükafatı ilə təltif olunacaqlar.

Layihədə iştirak etmək istəyən media nümayəndələri aşağıdakı linkə https://docs.google.com/forms/d/e/1FAIpQLSfhuk38IRn8qzD97ICHELkbQbW2BF3GAdhCUR12ge8xGXqnzw/viewformdaxil olaraq formanı tərtib edib, [email protected]ünvanına göndərərək qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat bitdikdən sonra jurnalistlər müsahibəyə dəvət ediləcək onlara layihə haqqında ətraflı məlumat veriləcəkdir.

Xəbər lenti