"Virtual Məkanda Azərbaycan” layihəsinin növbəti təlimi baş tutub - FOTOLAR

04.03.18-ci il tarixində Gənclər və İdman Nazirliyinin dəstəyi , "İrəli" İctimai Birliyinin təşkilatçılığı ilə "Virtual Məkanda Azərbaycan” layihəsinin növbəti təlimi baş tutub.  Azərbaycanın tanınmış marketinq mütəxəssisi, Floor6 Kreativ Agentliyinin təsisçisi Leyla Məmmədova gənclərə "PR strategiyasının qurulması" mövzusunda təlim keçib. 
Təlim çərçivəsində məlumatların təhlil metodları, məlumatın insanlara ötürülməsi  metodikası haqqında danışılaraq mövzu müzakirə olunub.
Birliyin mətbuat xidmətindən bildirilib ki, informasiya müharibəsi dövründə pr strategiyasını düzgün qurmaq Azərbaycan həqiqətlərini faktlara əsaslanaraq beynəlxalq auditoriyaya daha yaxşı çatdırmaq üçün əsas vasitələrdəndir.
Layihənin məqsədi Azərbaycan həqiqətlərini virtual məkan vasitəsi ilə dünyaya çatdırmaqdır. Layihədə "Araşdırma texnologiyası”, "Vikipediya təlimləri”, "Sosial şəbəkələrdən səmərəli istifadə”, "Məqalənin düzgün yazılma qaydaları”, "Təlimçilər üçün təlim” kimi maraqlı mövzularda peşəkarların təcrübəsindən yararlanan gənclər, ölkənin müxtəlif regionlarında (Quba, Lənkəran, Şəki, Gəncə, Mingəçevir) və ali təhsil müəssisələrində görüşlər təşkil edəcək, əldə etdikləri informasiyaları region gəncləri ilə bölüşəcəklər. Daha sonra layihə komandası və multiplayer komandalarının qarşılıqlı fəaliyyəti şəklində seçilmiş istiqamətlərdə mütəmadi olaraq Azərbaycan dili və bir neçə xarici dildə araşdırmalar aparılacaq, məqalələr yazılacaqdır. Həmçinin, əldə olunan məlumat bazaları vikipedia, twitter və digər sosial şəbəkələrdə yerləşdiriləcək, öz təsdiqini tapmayan informasiyalar yenilənəcəkdir.
 İRƏLİ Vikipediya Qrupu azerbaijanhistory.az saytının strukturunun hazırlanması və zənginləşdirilməsi ilə məşğul olacaqlar. Azərbaycan həqiqətləri, mədəniyyəti, tarixi, incəsənətinin istər ölkədaxili, istərsə də beynəlxalq sferada geniş oxucu kütləsinə sahib olaraq dünyaya çatdırılması layihənin ana məqsədidir.
 
7News.az



Xəbər lenti