Vitse-spiker ailəsi ilə birlikdə səs verdi

Vitse-spiker ailəsi ilə birlikdə səs verdi

Milli Məclis (MM) sədrinin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü, parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova prezident seçkiləri ilə bağlı səsvermə hüququndan istifadə edib.

7news.Az-ın xəbərinə görə, vitse-spiker 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 3 saylı məntəqəsində ailə üzvləri ilə birlikdə səs verib.

Səsvermədən sonra B. Muradova ilk dəfə səsvermə hüququndan istifadə edən gənc seçici Aslan Mirzəyevlə görüşüb və ona uğurlar arzu edib.

 

7news.Az

Xəbər lenti