Övladı olmayan ailələrə XOŞ XƏBƏR - Süni mayalanma pulsuz olacaq

Övladı olmayan ailələrə XOŞ XƏBƏR - Süni mayalanma pulsuz olacaq

On ildən çox müddətdə sonsuzluqdan əziyyət çəkən ailələrə ekstrakorporal mayalanma və embrionun köçürülməsi bir dəfə dövlət tibb müəssisələrində dövlət büdcəsinin vəsaiti hesabına ödənişsiz həyata keçiriləcək.

7news.Az-ın Modern.az-a istinadən məlumatına görə, bu barədə "Reproduktiv sağlamlıq haqqında” qanun layihəsində qeyd edilib.

Belə ki, qanun layihəsinin 14-cü maddəsinin (Ekstrakorporal mayalanma və embrionun köçürülməsi) 14.3-cü bəndində bildirilir ki, on ildən çox müddətdə sonsuzluqdan əziyyət çəkən və sosial müdafiəyə xüsusi ehtiyacı olan ailələrə ekstrakorporal mayalanma və embrionun köçürülməsi bir dəfə dövlət tibb müəssisələrində dövlət büdcəsinin vəsaiti hesabına ödənişsiz həyata keçirilə bilər. 

Bu qanunun məqsədləri üçün sosial müdafiəyə xüsusi ehtiyacı olan ailələrin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

7news.Az

Xəbər lenti