Voleybolçunu öldürən şəxsə prokuror 20 il cəza istəyib - FOTO

Voleybolçunu öldürən şəxsə prokuror 20 il cəza istəyib - FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsində Qazax rayon sakini 1985-ci il təvəllüdlü Namiq Vəkilovun Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

7news.Az-ın məlumatına görə ki, ötən il fevralın 24-də Hövsan qəsəbə sakini 1963-cü il təvəllüdlü Morozova Anjelika Vasilyevnanın yaşadığı mənzildə, üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi məlumatı əsasında, Suraxanı RPİ və rayon prokurorluğu əməkdaşları tərəfindən hadisə yerinə və meyitə məhkəmə-tibb ekspertinin işitirakı ilə baxış keçirilib.

Suraxanı rayon prokurorluğunda başlanan cinayət işi istintaqın davam etdirilməsi üçün Bakı şəhər prokurorluğuna həvalə edilib. Təyin edilən məhkəmə-tibbi ekspertizasının rəyinə görə, A.Morozovanın ölümünə mexaniki asfiksiya, yəni boğulma səbəb olub. 

Qətlə yetirilən qadın ərdə olmayıb və tək yaşayıb. Hadisəni törədən şəxs mənzilin qapısını bağlayaraq, ərazidən uzaqlaşıb. Morozovaya zəng edən yaxınları, onun cavab vermədiyini gördükdə polisə müraciət ediblər. Bəzi KİV-i öldürülən qadının cadugər olması barədə məlumat yaysalar da, polisdən bildirilib ki, Morozova keçmişdə peşəkar voleybolçu olub.

Ayın 28-də keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Suraxanı RPİ 30-cu polis bölməsinin əməkdaşları mərhumun tanışı Namiq Vəkilovu Qazax rayonu ərazisində tutublar. O, etiraf edib ki Anjelikandan borca pul alıb, qadın pulunu istədikdə, qaytara bilməyəcəyini başa düşüb və buna görə onu öldürüb.   

Məhkəmə prosesində çıxış edən prokuror təqsirləndirilən şəxsə 20 il cəza təyin olunmasını xahiş edib.

N.Vəkilovun müdafiəçisi çıxış üçün məhkəmədən vaxt istəyib. 

Növbəti proses aprelin 30-a təyin edilib.

 

7news.Az

Xəbər lenti