VÜQAR RƏHİMZADƏ: "MƏNİM MÖVQEYİM HƏMİŞƏ BİRMƏNALI ŞƏKİLDƏ HAQQA, ƏDALƏTƏ SÖYKƏNİB"

VÜQAR RƏHİMZADƏ:
May ayının 24-də "İki sahil" qəzetinin baş redaktoru, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF)Müşahidə Şurasının sədr müavini, Mətbuat Şurasının(MŞ) idarə heyyətininü üzvü, Əməkdar jurnalist Vüqar Rəhimzadənin 50 yaşı tamam olur.

Sherg.az-ın yubilyardan götürdüyü müsahibəni oxucularımıza təqdim edirik:

-Vüqar müəllim, 50 illik ömür yoluna nəzər salanda nələri xatırlayırsınız?

- Həyatımın ötən 50 ili ilə bağlı demək olar ki, kifayət qədər yaddaqalan xatirələrim və eyni zamanda ömür yolumda çətin və maraqlı anlarım olub. Yaşımın böyük bir hissəsini Azərbaycan mətbuatının inkişafına sərf etmişəm. Təxminən 28 ildir Azərbaycan mediasında çalışıram. Tələbəlik illərimdən başlayaraqjurnalist kimi fəaliyyət göstərirəm. Ən unudulmaz xatirələrim uşaqlıq illərimlə bağlıdır. İnsanın dərdsiz, qayğısız uşaqlıqdövrünü dünyanın cənnəti hesab etmək olar. Universitetə qəbul olunmağım və bitirməyim, hərbi xidmətə yollanmağım və qayıtmağım yaddaqalan hadisələrdəndir. Bir çox tarixi anlar da yaşamışam. Həyatımdaən unudulmaz tarixi anlarımdan biri ilk dəfə ulu öndər Heydər Əliyevlə görüşümüz olub. 1990-cı il oktyabr ayının 9-da axşam saat 7 radələrində dahi şəxsiyyətləgörüşmək mənə nəsib oldu. 

Bu görüşyaddaşımda qalan ən möhtəşəm, unudulmaz xatirələrdən biridir. Bununla yanaşı,düzgün mövqedə olmağımla, vaxtında doğru seçim etməyimlə, Vətənə,ulu öndər Heydər Əliyevə, onun uğurlu siyasətinin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevə sədaqətli xidmətimlə qürur duyuram. Bu, mənim ən başlıca, vacib xarakterlərimdən biridir. Eyni zamanda Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasınınüzvüvə məşhur "91-lər"dən biri olmağımla fəxr edirəm. Elmi işimi müdafiə etməyim də yaddaqalan məqamdır. 2013-cü ildə mənzillə təmin olunmağım, cənab Prezident İlham Əliyevin bizim mənzilə xoş təşrif buyurması yaddaşıma və qəlbimə əsrarəngiz hadisə kimi həkk olunub. Bu gün 50 yaşlı Vüqar Rəhimzadə olaraq qürur hissi keçirirəm ki, Heydər Əliyev kimi dahi şəxsiyyətin qurub - yaratdığı və möhtərəm Prezidentimiz İlham Əliyevin sürətlə inkişaf etdirdiyi müasir və qüdrətli Azərbaycan dövlətinin vətəndaşıyam. Bu, çox qürurvericidir.

- Uşaqlıq illərinizdən söz açdınız. Uşaqlıq illərinizi necə keçirmisiniz?

- Təbii ki, həyatımda çətin, ağrılı- acılı anlar da çox olub. Uşaqlığıma gəldikdə isə, həyatımın ilk mərhələsimüəyyən mənada çətin keçib. Çoxuşaqlı ailədə böyümüşük. Atamı çoxdan itirmişəm. Anam isə bir neçə ildirhaqq dünyasınaqovuşub. Hər il ənənəvi olaraq dünyaya göz açdığım gündə anamı təbrik edərdim. Amma çox kədərli haldır ki, artıqanam haqq dünyasına qovuşduğundanbunu edə bilmirəm.Anamın vəfatı məni çox üzür. Biz İlqarlaəkiz qardaşıq. Ailəmizin çoxuşaqlı olması və ağır, çətin şəraitdə böyüməyimizə baxmayaq,keçdiyim həyat yolundan qürur duyuram. Fəxr edirəm ki, belə çətinliklə böyümüşük. 12 il yataqxanada yaşamışam.Yenə vurğulayıram ki, həyatımda çətin günlərlə yanaşı,parlaq xatirələrim də çoxdur.

-Neçə övladınız var və onlarsizi öz uğurları ilə sevindirə bilirlərmi?

-Əlbəttə sevindirirlər. 3 oğul atasıyam. Atalıq missiyasını da şərəflə, ləyaqətlə yerinə yetirirəm. Böyük oğlum Səlim Bakı Dövlət Universitetinin məzunudur və hazırda əsgəri hərbi xidmətdədir. Məndə olan məlumata görə, nümunəvi əsgərdir.Əsgər atası olmaq da şərəfli, məsuliyyətli işdir. Ortancıl oğlum Rauf da Bakı Dövlət Universitetinin sonuncu kurs tələbəsidir. Orta məktəbdə olduğu kimi universitetdə də yaxşı oxuyur. İndi magistraturaya sənəd verib, birini turu müvəffəqiyyətlə keçib. Kiçik oğlum Fuad isə məktəblidir. Hər gün mənə ən azı üç "əla” gətirir. Amma şərtləri olur. Mən "əla” qiymət almışam, sən də mənə ... (gülür.) Qürur hissi keçirirəm ki, Vətəninisevən, sağlam təfəkkürə malik övladlar böyüdürəm. Təbii ki, mənimlə yanaşı, Bakı Dövlət Universitetinin məzunu olmuş həyat yoldaşım da var gücü ilə övladlarımızın sağlam ruhda böyüməsinə çalışır.

-Uzun illərdir "İki sahil" qəzetinin baş redaktorusunuz. Bir az da bu qəzetin Azərbaycan mətbuatına bəxş etdiyi töhfələrdən danışaq...

- 26 ildir ki, bu qəzetin baş redaktoruyam. Bu illər ərzində qəzetimiz prinsipial və ədalətli mövqe sərgiləyib. "İki sahil" qəzeti 1991-ci ildənəşrə başlayıb. Qəzetimiz fəaliyyətinin ilk illərində müxalifət qəzeti kimi fəaliyyət göstərib. Biz fəaliyyətimiz boyu haqq və ədalət yolunda olmuşuq. Daim dövlət və dövlətçilik, haqq-ədalət, vətəndaşlarımızın yaxşı yaşaması naminə mübarizəaparan "İki sahil" qəzetinin baş redaktoru olmağımdanqürur duyuram. Fəxr edirəm ki, "İki sahil" həmişə düzgün mövqedə olub. Biz bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qalan ölkəmizi o ağır vəziyyətdən çıxarmaq üçün ulu öndər Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə qayıtmasını israrla qeyd etmişik. Hesab edirik ki, o keşməkeşli dövrlərdə çox ədalətli və düzgün vətəndaşlıq mövqeyini nümayiş etdirmişik. Bu gün müasir, qüdrətli Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətli inkişaf dövrünü yaşayır. Bu işlərin təbliğində də "İki sahil”in fəaliyyəti göz önündədir. Yeni Azərbaycan Partiyasının yaranması, təşkilatlanması və fəaliyyətində də "İki sahil”kifayət qədər qətiyyətli mövqe nümayiş etdirir. "Əsrin müqaviləsi”nin,ümumiyyətlə neft strategiyasının ölkəmizin inkişafı üçün töhfələri, transmilli şirkət olan SOCAR-ın çoxşaxəli fəaliyyəti ilə bağlı mütəmadi olaraq məqalələr, araşdırma və təhlili yazılar dərc etmişik. Qeyd etdiyim kimi, mən bu gün fəxr edirəm ki, media sahəsində çalışıram. Eyni zamanda qürur hissi keçirirəm ki, YAP Siyasi Şurasının üzvüyəm.

- Vüqar müəllim, yubileyinizlə bağlı təbrik zəngləri gəlirmi?

-Bəli, təbriklərçoxdur. 50 yaş necə deyərlər, gəncliyin qocalığı, qocalığın isə gəncliyidir. Başda möhtərəm Prezidentimiz İlham Əliyev olmaqla hər kəsə təşəkkür edirəm.Üzərimdə çox böyük haqları olan valideynlərimə, ulu öndər Heydər Əliyevə  allahdan qəni-qəni rəhmət diləyirəm. Dostlarıma təşəkkür edirəm. Özümü dünyanın ən zəngin insanı hesab edirəm. Ona görə ki, mənəvi zənginliyim var. Mənə arxa-dayaq olacaq dostlarım çoxdur. Hər kəsə minnətdarlığımı bildirirəm.

-Əgər sirr deyilsə, yubileyinizi harada, necə və kimlərlə keçirəcəksiniz?

- Doğum günlərimi həmişə evimizdə, ailə üzvlərimlə birlikdə keçirməyə üstünlük vermişəm. Düzdür, əkiz qardaşım İlqar Rəhimzadə məndən 20 dəqiqə böyükdür. Hər il İlqarla ad günümüzü bir yerdə qeyd edirik. Bu il də hələlik düşünmürəm ki, qeyri-adi və ya təmtəraqlı formada edək. Əlli yaşımızı ailə üzvlərimizlə qeyd edəcəyik.

- Bir az da fəaliyyətinizdən danışaq. Mediamıza vermək istədiyiniz, amma hələ ki, verə bilmədiyiniz nə isə varmı?

- İstəyirəm ki, Azərbaycan jurnalistikasının dünyaya çıxışı daha da sürətlənsin. Azərbaycanda aparılan uğurlu və real işlərin dünya arenasına, beynəlxalq məkana çatdırılmasında jurnalistikamız effektiv rol oynasın. Bu sahədə elektron mediamız geniş imkanlara malikdir. Buna nail olmağımızı istəyirəm. Bir də ki, jurnalistikamızda qüsurlu məsələlərin aradan qaldırılması sahəsində üzərimə düşən vəzifələri yerinə yetirməyəçalışıram. Şəxsi maraqların təminatına yönəlik yazıların qəzet səhifələrindənkənarlaşdırılmasını istəyirəm. Jurnalist istənilən yazını yazanda, fikir bildirəndə ilk növbədə dövlətimizi, dövlətçiliyimizi, ölkə başçısının apardığı siyasəti nəzərə almalıdır və əsasən onları öz yazılarında əks etdirməlidir. 

Bu günün yazılarında möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Azərbaycan naminə gördüyü işlər ortaya qoyulmalıdır. Amma bəzən görürük ki, qəzet səhifələrinə subyektiv mövqeyə və ya şəxsi maraqlara söykənənqərəzli yazılar yol tapır.Bir jurnalist olaraq çalışmışam və bundan sonra da çalışacağam ki, belə işlərin qarşısı alınsın, jurnalistikamız daha da saflaşsın, mediamızdakı xırda nöqsanlar aradan qalxsın. Mediamızda Azərbaycanın milli maraqlarına xidmət göstərən yazılar daim üstünlük təşkil etsin. Azərbaycanın yüksək zirvələrdəki mövqeyi daha da möhkəmlənsin.

- Sizcə, qeyd etdiyiniz nöqsanların aradan qaldırılması istiqamətində hansısa addımlar atılırmı?

- Mən Mətbuat Şurasının İdarə Heyətinin üzvüyəm. Bununla yanaşı, KİVDF-nin Müşahidə Şurasının sədr müaviniyəm. Bu qurumlar tərəfindən Azərbaycan mətbuatının sağlamlaşması və jurnalistlərin peşəkarlığının artırılması istiqamətində kifayət qədər sanballı layihələr həyata keçirilir. Bu qurumlarda təmsil olunmağımla qürur duyuram. KİVDF-nin Müşahidə Şurasının üzvləri cənab Prezident tərəfindən təsdiqlənib və mən bu Şuranın sədr müavini seçilmişəm.

Həyatım boyu hər bir addımı atanda, qərar verəndə ədalətli olmağa çalışmışam və var gücümlə çalışmışam ki, obyektiv, düzgün və ədalətli fikirlər səsləndirim. MŞ-də Reket jurnalistlərə qarşı mübarizə komissiyasının sədri və MŞ-nin İdarə Heyətinin, KİVDF-nin Müşahidə Şurasının üzvü kimi istənilən məsələdə mənim mövqeyim həmişə birmənalı şəkildə haqqa, ədalətə söykənib. Çalımışam ki, mövqeyim həmişə obyektiv olsun.//sherg.az
7News.az

Xəbər lenti