Vüqar Bayramov: “Rusiya xarici investorlar üçün riskli ölkələr sırasındadır”.

Vüqar Bayramov: “Rusiya xarici investorlar üçün riskli ölkələr sırasındadır”.
Krım probleminin ortaya çıxmasından və ABŞ tərəfindən Rusiyaya qarşı tətbiq edilən sanksiyalar səbəbindən ölkəni ən azı 4 milyarder tərk edib. Onların ümumi sərvəti 32 milyard dollardan çoxdur. 
 
2014-cü ildən indiyə qədər əmlakını satmaq istəyən varlı şəxslərin sayı 3 dəfə artıb. Rusiyalı milyarderlərdən ən azı 4-ü daimi yaşayış yerini və kapital yatırımlarını dəyişib. "Mail.ru”-nun yaradıcısı Yuri Milner (3,5 milyard dollar) təsis etdiyi şirkətdən uzaqlaşaraq Moskvadan Kaliforniyanın Los-Altos şəhərinə köçüb və sərvətinin xeyli hissəsini "Facebook”, "Xiaomi” kimi şirkətlərə yatırıb. "Alfa Group”-un təsisçiləri Mixail Fridman (14,4 milyard dollar) və Aleksey Kuzmiçev (7,2 milyard dollar) Rusiyadakı son aktivlərini sataraq Londonda məskunlaşıblar. Bəs milyarderlərin Rusiyanı tərk etməsi hansı iqtisadi problemlərə yol aça bilər?
 
Avropa Birliyinin Vətəndaş Cəmiyyəti Forumunun həmsədri, iqtisadçı alim Vüqar Bayramov BNEWS.az-a deyib ki, Rusiyadan kapital axını olcağı əvvəldən proqnozlaşdırılırdı: "Rusiyadan kapital axını sanksiyalardan sonra 3 dəfədən çox artıb. Hazırda xarici investorlar vəsaitlərinin bir hissəsini Rusiyadan çıxarıb. Artıq Rusiya xarici investorlar üçün ən böyük riskli ölkələr sırasındadır. Sonuncu dəfə ABŞ-ın Rusiyaya qarşı sanksiya 7 rusiyalı iş adamına, 17 dövlət rəsmisinə və 12 şirkətə qarşı tətbiq olunub. Xüsusən də Rusiyanın aparıcı bir sıra iş adamlarının xarici banklardakı hesabları bloklanıb. Burada söhbət kifayət qədər böyük məbləğdən gedir. Bundan sonra iş adamların bir qisimi öz vəsaitlərini Rusiyadan çıxarmağa başladı. Hazırda bu proses davam etməkdədir. Məhz rublunun kəskin dəyər itirməsi səbəblərindən biri də Rusiyadan kapital axınıdır. Nəticədə rubla təziq artır, xarici valyutaya tələb çoxalır. Məhz ölkə daxilində xarici valyutaya olan tələbin ödənilməsində çətinliklər yaranır. 2019-cü ildə etibarən Rusiya iqtisadiyyatında geriləmə müşahidə olunacaq. Neftin indiki mövcud qiyməti belə, Rusiya iqtisadiyyatında baş verən zəyifləmənin qarşısına ala bilməyəcək. Çünki ölkədən valyuta çıxı, valyutanın çıxması iqtisadiyyat mənfi təsir göstərir”.

Vüqar Bayramovun sözlərinə görə, Azərbaycanın qeyri-neft ixracatının əhəmiyyətli hissəsi məhz Rusiyanın payına düşür: "Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 1 milyard 538 milyon ABŞ dollar həcmindədir. Onun 600 milyon dollara yaxını isə Rusiyanın payına düşür. Rusiya Azərbaycanın ticarət dövriyyəsində böyük paya malik ölkələrdəndir. Məhz Rusiya iqtisadiyyatının zəyifləməsi bizim maraqlarımıza uyğun deyil. Eyni zamanda Rusiyada 2 milyona yaxın azərbaycanlı yaşayır. Onların 400 mini əmək miqrantıdır. Rusiyada yaşayan azərbaycanlı miqrantların vətənə göndərdikləri pulun həcmi təxminən 2 milyard ABŞ dolları ətrafındadır. Bu da kifayət qədər böyük vəsaitdir. Hazırda Rusiyadan Azərbaycana göndərilən vəsaitlər əhalinin yaşam səviyyəsinə müsbət təsir göstərir”.
 
7news.Az

Xəbər lenti