Vyetnam nəyə görə Azərbaycan neftini seçdi?

Vyetnam nəyə görə Azərbaycan neftini seçdi?

Vyetnamın "Bax-xo” adlı yatağında neft ehtiyatları tükənməyə başlayanda Asiya bazarının nəhəng oyunçularından biri olan "Binh Son Refining” (Vyetnam milli neft-qaz qrupunun törəmə şirkəti – red.) yeni xammal mənbəyi axtarmağa başladı və Azərbaycan neftini seçdi. 

7News.Az-ın məlumatına görə, uzun sürən analizlərdən sonra BSR şirkətinin ekspertləri belə nəticəyə gəliblər ki, Azərbaycan nefti "Bax-xo” yatağından çıxarılan neftə komponentləri ilə ən yaxın olan "qara qızıl”dır. 

İxracın başlamasından bir il keçməsinə baxmayaraq, yeganə problem neftin idxalına olan və bu gün beş faiz təşkil edın daxili vergidir. 

Azərbaycan neftinin ixracını asanlaşdırmaq üçün Vyetnam hökuməti tərəfdaş ölkələr, o cümlədən, Azərbaycan üçün vergi dərəcəsini dəyişdirməyi vəd edib. 

Gözlənilir ki, Azərbaycandan idxal ediləcək xammalın faizsiz vergi dərəcəsi Vyetnam neft bazarının stabilləşməsinə kömək edəcək. 

Həmçinin, qəbul edilən bu qərar iki ölkə arasında sıx əməkdaşlığa, eləcə də, ticarət və diplomatik əlaqələrin inkişafına yardım edəcək. 

7News.Az

Xəbər lenti