Xalq artisti evində ölü tapılıb

Xalq artisti evində ölü tapılıb

Azərbaycanın Xalq artisti Zərnigar Ağakişiyeva 72 yaşında vəfat edib.

Tanınmış aktrisanın cəsədi Bakıda yaşadığı mənzildə FHN xilasediciləri tərəfindən aşkarlanıb.

FHN-nin məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Yasamal rayonunda bir nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada 1945-ci il təvəllüdlü Ağakişiyeva Zərnigar Fəti qızının cəsədini aşkar edib.

***

Azərbaycanın teatr və kino aktrisası, Xalq artisti Zərnigar Ağakişiyeva 72 yaşında dünyasını dəyişib.

O, fevralın 8-i, axşam saatlarında Yasamal rayonunda yaşadığı evdə vəfat edib.

Aktrisanın meyiti ölüm səbəbinin araşdırılması məqsədilə Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndərilib və onun ürək tutmasından keçindiyi müəyyən edilib.

Allah rəhmət eləsin!

7News.az

Xəbər lenti