Xalq artisti komitə sədrini dəstəklədi

Xalq artisti komitə sədrini dəstəklədi

Tanınmış sənətçi, Xalq artisti Bəsti Cəfərovadan xanım millət vəkilinin səsləndirdiyi təklifə dəstək gəlib.

7news.Az-ın xəbərinə görə, Milli Məclisin (MM) Ailə, qadın və uşaq komitəsinin mayın 15-də keçirilən iclasında adıçəkilən komitənin sədri Aqiyə Naxçıvanlı Azərbaycanda ölüm hökmünün bərpasına yönəlik fikirlər səsləndirib.

"Zorakılığın qurbanı olan uşaqları görəndə, dəhşətə gəlirik. Bilmirsən, yeməkdəndir, içməkdəndir, yoxsa tərbiyədən? Belə vəhşiliklərin qarşısı alınmalıdır. Uşaq sığınacağına getmişdik, orada gördüklərimizdən bir həftə özümüzə gələ bilmədik.

Beş yaşında uşağın zorakılığa məruz qalması dəhşətdir. Bunu edən insana həbs cəzası yetərmi? Əlbəttə ki, yox, elələrinə ölüm cəzası verilməlidir”, - deyə uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması üçün ciddi tədbirlər görülməsinin vacibliyini vurğulayan komitə sədri əlavə edib.

Qısa bir zamanda xanım millət vəkilinin təklifinə müsbət reaksiyalar gəlib.

"Facebook” və digər sosial şəbəkələrdə əksəriyyət bu məsələdə A. Naxçıvanlı ilə həmrəyliyini ifadə edib. Həmin şəxslər arasında tanınmış aktrisa, Xalq artisti Bəsti Cəfərova da var. O, öz şərhində bunları yazıb: 

"Deputat xanımın fikri ilə tam razıyam. Həm adi insan kimi, həm ana kimi düşünürəm ki, nəinki beş yaşlı uşağa, ümumiyyətlə, uşaqlara əl uzadanlara həbs cəzası çox azdır”.

7news.Az

Xəbər lenti