Xalq artistinin ayağı amputasiya edildi

Xalq artistinin ayağı amputasiya edildi

Bu gün axşam saatlarında atam əməliyyat olundu. Hazırda vəziyyəti qənaətbəxşdir.

7News.Az xəbər verir ki, bu sözləri "Sputnik Azərbaycan”a açıqlamasında Xalq artisti Ramiz Əzizbəylinin qızı Cəlalə Əzizbəylideyib.

Aktyorun qızı qısaca əməliyyatın təfərrüatı barədə də danışıb: 

"Atamın qanqrena olan ayağı son qərara əsasən, nə dizdən, nə də topuqdan deyil, yalnız barmaq hissədən amputasiya olunub. Hazırda yatır”.

Xatırladaq ki, Xalq artisti Ramiz Əzizbəyli üç dəfə insult keçirib. O, uzun müddətdir ki, yüksək qan təzyiqi və şəkərdən əziyyət çəkir.

7News.Az

Xəbər lenti