“Xeyirxah” biznesmen məktəbli qızları necə aldadırdı? - 3 il ərzində… - ŞOK

“Xeyirxah” biznesmen məktəbli qızları necə aldadırdı? - 3 il ərzində… - ŞOK

Rusiya Federasiyasının Başqırdıstan Respublikasında 38 yaşlı sahibkar barəsində cinayət işi qaldırılıb.

7news.Az Rusiya KİV-inə istinadən xəbər verir ki, sahibkar 2009-2012-ci illərdə məktəbli qızlara qarşı seksual hərəkətlərdə və onları zorlamaqda ittiham olunur.

Bildirilir ki, kişi 13-16 yaşlı qurbanlarını sosial şəbəkələr vasitəsilə tapırdı.

Məlumata görə, qızların əksəriyyətinin ciddi valideynləri var idi və onlara cib xərcliyi üçün çox pul vermirdi. Və "xeyirxah dayı” qismində ortaya çıxan sahibkar qızlardan intim şəkillərini göndərməyi xahiş edir və bunun əvəzində onları yaxşıca mükafatlandıracağına söz verir.

Daha sonra isə kişi məktəbli qızları evinə gətirir, şantaj yolu ilə onlarla cinsi əlaqədə olurdu. Sahibkar bunlardan bəzilərini videoya çəkib.

Valideynlərdən qorxan qızlar bu haqda danışmaqdan qorxurdular. Zərərçəkənlərdən yalnız biri polisə şikayət edir.

 

7news.Az

Xəbər lenti