"Xəzər TV"nin studiyasında yıxılıb başından travma alan aparıcı danışdı

"Xəzər Xəbər"in aparıcısı Günel Qədimovanın efirdən sonra yıxılması, qapalı kəllə-beyin travması alması barədə xəbər yayılıb. İddia olunub ki, hadisə ötən gün proqramın 15:00 buraxılışından sonra baş verib. Xəsarət alan aparıcı "təcili yardım" xidməti vasitəsilə 3 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. 

Qafqazinfo mövzu ilə bağlı G.Qədimova ilə əlaqə saxlayıb. O, yayılan xəbərin şişirdildiyini, səhhətinin qaydasında olduğunu bildirib:

"Mənim səhhətim qaydasındadır, ciddi problem yoxdur. Sadəcə olaraq, məlumat şişirdilib. Bayaqdan zənglər gəlir, telefonum susmur, dostlarım narahat olublar"./big
 
7News.Az

Xəbər lenti