Xorvatiya prezidenti oyunu azarkeşlərlə izlədi - FOTO

Xorvatiya prezidenti oyunu azarkeşlərlə izlədi - FOTO

Xorvatiyanın prezidenti Kolinda Qrabar-Kitaroviç dünən keçirilən futbol üzrə dünya çempionatı çərçivəsində Xorvatiya – Danimarka görüşünü tribunadan izləyib.

7news.Az xəbər verir ki, xanım prezident daha sonra niyə oyuna tribunadan baxmasına aydınlıq gətirib:

"İstədim ki, tribunada fanatların əhatəsində komandanı dəstəkləyən azarkeş olduğumu göstərim. VİP-zonada, adətən, dress-koddan istifadə olunur, belə formada olmağa icazə verilmir. Ona görə tribunalara enib milli simvolumuz olan futbolkanı geyindim”.

Qrabar-Kitaroviç bildirib ki, əsas vaxtda həmyerliləri rəqibdən daha yaxşı oynasa da, əlavə 30 dəqiqə ərzində danimarkalılar daha yaxşı təsir bağışlayıblar:

"Təəssüf ki, Luka Modriç sonda penaltini reallaşdıra bilmədi. Ancaq bizim qapıçımız 11 metrlik seriyalarda özünü matçın qəhrəmanı kimi göstərdi və komandanın 1/4 finala çıxmasına kömək etdi.

Özünü əla məşqçi, psixoloq kimi göstərən Zlatko Daliçin əməyini qeyd etməmək olmaz. Soçidə Rusiya komandası ilə görüşərik. Qoy, ən güclü qalib gəlsin”.

 

Kolinda Qrabar-Kitaroviç oyundan sonra komandanın paltardəyişmə otağına gələrək məşqçilər heyəti və futbolçularla bir-bir görüşüb, onları təbrik edib.

Xatırladaq ki, Xorvatiya əsas vaxtı 1:1 başa çatan görüşün penaltilər seriyasında 3:2 qalib gəlib. Xorvatiya iyulun 7-də meydan sahibi Rusiya ilə qarşılaşacaq.

7news.Az

Xəbər lenti