Xoşbəxt Yusifzadə AÇG-də hasil edilən neft və qazın həcmini açıqladı

Xoşbəxt Yusifzadə AÇG-də hasil edilən neft və qazın həcmini açıqladı

Bu günədək "Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 455 milyon ton neft və 145 milyard kubmetr qaz hasil edilib.

7news.Az-ın məlumatına görə, bunu bu gün Bakıda keçirilən "Xəzər Neft və Qaz-2018” 25-ci Yubiley Beynəlxalq konfransının ikinci günündə çıxışı zamanı SOCAR-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadə qeyd edib.

"Mayın əvvəlinə qədər "Azəri-Çıraq-Günəşli” yatağında realizə olunmuş neftin 60 faizə qədəri, yəni 258 milyon tondan çox neft dünya bazarlarına çıxarılıb”.

7news.Az

Xəbər lenti