“Xudafərin” MMC-nin vəzifəli şəxsləri özlərini təqsirli bilməyib

“Xudafərin” MMC-nin vəzifəli şəxsləri özlərini təqsirli bilməyib

Bakı Ağır Cinayətlər Məhkəməsində "Xudafərin” MMC-nin vəzifəli şəxsləri Ramiz Quluzadə, Nicat Məmmədov, Anar Məmmədov, Cavid Qurbanov və Emin Gülün CM-nin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı başlayıb.

7news.Az-ın məlumatına görə, сinayət işi üzrə 47 nəfər zərərçəkmiş kimi tanınıb, ittiham aktına əsasən, təqsirləndirilən şəxslər 2.000.000 manat pulu aldatma yolu ilə ələ keçirərək, dələduzluq ediblər. 

Qeyd edək ki, ibtidai istintaq mərhələsində onların barəsində həbs-qətimkan tədbiri seçilməyib. 

Məhkəmə prosesində prokuror ittiham aktını elan edib. 

İttihama münasibət bildirən R.Quluzadə və A.Məmmədov özlərini qismən təqsirli biliblər, digər üç nəfər isə özlərini təqsirli hesab etməyiblər.

Proses mayın 25-də davam etiriləcək. 

Xatırladaq ki, "Xudafərin” MMC "Amay Abdulla” kimi tanınan iş adamı Abdulla Abdullayevə məxsusdur. 

7news.Az

Xəbər lenti