Xudatda evdə partlayış: İki nəfər xəsarət aldı - VİDEO

Xudatda evdə partlayış: İki nəfər xəsarət aldı - VİDEO

Xudat şəhərinin Əliağa Vahid küçəsində yaşayış evlərinin birində partlayış baş verib.

7News.Az ARB TV-yə istinadən xəbər verir ki, partlayış nəticəsində evdə olan iki nəfər xəsarət alıb.

Onlar dərhal Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Xəsarət alan 56 yaşlı Qətibə Teymurovaya boyun nahiyəsinin orta səthinin yanığı, 43 yaşlı David Əlimuradova isə bütün bədənin alov yanığı, şok diaqnozu qoyulub.

Vəziyyəti ağır olan David Əlimuradov paytaxt xəstəxanalarından birinə yola salınıb. Qətibə Teymurova isə ambulator yardımdan sonra evə buraxılıb.

7News.Az

Xəbər lenti