Yanğın işi: Birdən kimsə qışqırdı ki, yanğın var, qaçın

Yanğın işi: Birdən kimsə qışqırdı ki, yanğın var, qaçın

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Respublika Narkoloji Mərkəzində baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin əməyin təhlükəsizliyi üzrə mühəndisi, əməyin mühafizəsi mühəndisi Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəmə prosesi davam etdirilib. 

7News.Az-ın məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə Emil Çubanov ifadə verib. 

O deyib ki, yanğın baş verən ərəfədə mərkəzdə müalicə olunub. Narkotik maddə istifadəsindən əziyyət çəkdiyini deyən zərərçəkmişin sözlərinə görə, yanğın onun gəlişindən dörd gün sonra baş verib:

"Həmin gün palatada uzanmışdım. Birdən kimsə qışqırdı ki, yanğın var, qaçın. Mən də çətinliklə çölə çıxdım. Amma yanğın zamanı kimləri gördüyümü dəqiq xatırlamıram. Buradakı təqsirləndirilən şəxslərə qarşı hər hansı şikayət və tələbim yoxdur”. 

Proses yanvarın 11-dək təxirə salınıb.

7News.Az

Xəbər lenti