“Yaxşı ki, çox danışmadız...” - Spiker

“Yaxşı ki, çox danışmadız...” - Spiker

Milli Məclisdə (MM) 2017-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı məsələ müzakirə olunarkən maraqlı məqam yaşanıb.

Qanun layihəsi barədə məlumat verən MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə təxminən 20 dəqiqəlik çıxış edib.

Daha sonra Z. Səmədzadə "mən çox danışıb vaxtınızı almaq istəmirəm və sizi qanuna səs verməyə çağırıram”-deyib.

 

Bunu isə spiker Oqtay Əsədov gülüşlə qarşılayıb.

"Ziyad müəllim, yaxşı ki, çox danışmadınız”-deyə, sözlərinə əlavə edib.

7news.Az

Xəbər lenti