"Yeni Nəfəs-2” ssenari müsabiqəsinin iştirakçıları üçün seminarlar keçiriləcək

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı "Yeni Nəfəs-2” ssenari müsabiqəsinin iştirakçıları üçün "Müasir ssenari yaradıcılığının əsasları” mövzusunda seminarlar keçirəcək.

Seminarları aparmaq üçün Azərbaycanın tanınmış kino xadimləri,xalq artistləri Ramiz Fətəliyev , Oqtay Mirqasım,Əməkdar incəsənət xadimi Natiq Rəsulzadə və Əməkdar mədəniyyət işçisi Yusif Şeyxov dəvət olunublar. Seminarlar istedadlı gənclərin yaradıcılıq səviyyəsinin təkmilləşdirilməsinə təkan verəcək.Yaradıcı gənclər üçün seminarlar noyabr-dekabr aylarında Kinematoqrafçılar İttifaqlnda keçiriləcək.

Xəbər lenti