Yerinə başqasını göndərdi,özü paltarını dəyişib çıxdı - Həbsxanadan film kimi qaçış planı (VİDEO)

Yerinə başqasını göndərdi,özü paltarını dəyişib çıxdı - Həbsxanadan film kimi qaçış planı (VİDEO)
Türkiyədə film kimi olay yaşanıb.

Girəsun bölgəsində qapalı həbsxanada cəza çəkən məhkum qardaşının qurduğu plan əsasında oradan qaçıb.Məlumata görə,Cüneyt Güneş adlı məhkum 2007-ci ildə adam öldürdüyünə görə azadlıqdan məhrub edilibmiş.12 il həbsxanada yatdıqdan sonra qardaşı ilə birlikdə qaçmaq planı hazırlayıb. Əvvəlcədən hazırlanan plana görə, ailəm üzvləri ilə görüşə gələn Cüneyt Günəşin yerinə başqa məhbus həbsxana otağına qayıdıb. O isə geyimini dəyişərək qohumlarının sırasına qoşulub.Daha sonra onları gözləyən avtomobilə oturaraq ərazidən uzaqlaşıblar. Həbsxana nəzarətçiləri hadisədən xəbər tutduqdan sonra polisə məlumat verib. Türkiyə polisi həbsxanadan qaçan şəxsi və qardaşını kənddə bağ evində yaxalayıb. Məhkumla bərabər ona qaçmağa kömək edən daha 3 nəfər saxlanılıb. Mövzu ilə bağlı videonu təqdim edirik:/big


 

7News.Az

Xəbər lenti