“Yeşilçam”ın məşhur aktyoru vəfat etdi

“Yeşilçam”ın məşhur aktyoru vəfat etdi

"Yeşilçam”ın məşhur aktyoru Kuzey Vargın 74 yaşında dünyasını dəyişib.

7news.Az-ın Türkiyə mətbuatına istinadla xəbərinə görə, aktyorun kürəkəni onun dünən vəfat etdiyini bildirib.

K.Vargın 2014-ci ildə yüksək təzyiqlə bağlı narahatlığına görə Marmarisdə yerləşən xəstəxanalardan birinin reanimasiya şöbəsində 1.5 ay müddətində müalicə alıb və sağlamlığına qovuşduqdan sonra evə buraxılıb.

2015-ci ildə isə Parkinson xəstəliyi şikayəti ilə yenidən həmin xəstəxanaya yerləşdirilib. Yeriməkdə çətinlik çəkən Vargın fiziki terapiya olunurdu.

 

7news.Az

Xəbər lenti