Yeznəsini yumruqla vurana hökm oxundu

Yeznəsini yumruqla vurana hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş yeznəsini yumruqla vurmaqda təqsirləndirilən Elnur Əliyevə hökm oxunub.

Hakim Əfqan Hacıyevin icraatında olan prosesdə E.Əliyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İstintaq dövründə sərbəst buraxılan E.Əliyev məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, E.Əliyev mübahisə zəminində keçmiş yeznəsini yumruqla vurub. Həmin şəxs bir gözündən ciddi xəsarət alıb.

7news.Az

Xəbər lenti