Zahid Oruc: “Onlar düşünürlər ki, bu yaxşı bir yol xəritəsidir”

Zahid Oruc: “Onlar düşünürlər ki, bu yaxşı bir yol xəritəsidir”
Xocalıda törədilmiş soyqırımından bir gün sonra, fevralın 27-də "Tufenkian Foundation", "Armenian Legal Center for Justice Human Rights” və "European Armenian Federation for Justice Democracy” erməni lobbi təşkilatlarının sponsurluğu ilə Avropa Parlamentinin üzvləri Lars Adaktusson və Mişel Rivasi Avropa Parlamentinin binasında Dağlıq Qarabağla bağlı tədbir keçirməyi planlaşdırırlar.

Məsələ ilə bağlı BNEWS.az saytına açıqlama verən millət vəkili Zahid Oruc keçmişdə də Avropa Parlamentinin binasında erməni lobbi təşkilatlarının sponsurluğu ilə bu cür tədbirlərin sistemli şəkildə keçirildiyinin şahidi olduqlarını deyib: "İlk növbədə ona diqqəti artırmaq lazımdır ki, beynəlxalq təşkilatlar içərisində lobbi qurupları fəal bir şəkildə addımlar atırlar, hansısa ideyalar ətrafında birləşirlər. Bu sanki onların nəinki siyasi mövcudluqlarının, eyni zamanda müvafiq qanunlar əsasında küllü miqdarda qazanc əldə etmələrinin tərkib hissəsidir. Hüquq tələblərindən çıxış etsək, onlar öz ölkələrində həmin sahə üzrə müəyyənləşdirilmiş qanunlarla hərəkət edirlər. Yəni Avropa məkanında, Qərb dünyasında lobbiçilik siyasi həyatın ayrılmaz hissəsidir. Belə ki, Avropa Parlamenti ötən on il ərzində nümayəndələri vasitəsi ilə Qarabağa səfərlər həyata keçirir. Orada sanki müstəqil bir tərəflə beynəlxalq hüququnun subyekti ilə görüşdüyünü diqqətə çatdırmaq istəyirlər. Bununla sanki Azərbaycan əleyhinə məlum siyasi müharibənin içərisində yer alır, özlərini məlum barikada da göstərməyə çalışır. Azərbaycan əleyhinə informativ mühüti formalaşdırır. Digər bir yandan da Strasburqda, Brüsseldə və s. kimi məkanlarda və siyasi mərkəzlərdə bu cür tədbirləri reallaşdırır. İndiki halda burada təkcə Xocalı soyqırımının tanıdılması ilə bağlı Azərbaycanın beynəlxalq miqyasda həyata keçirdiyi tədbirlərin effektini aşağı salmaq deyil, həmçinin Sumqayıt hadisələrindən Azərbaycan əleyhinə böyük bir cinayət mənzərəsini canlandırmaq”. 

Z. Orucun sözlərinə görə, ermənilər düşünürlər ki, Xocalının qarşısındakı məsuliyyəti yalnız bu yolla pərdələmək olar: "Bu üzdən də belə bir siyasi, psixoloji bir plan hazırlayıblar. Onlar düşünürlər ki, bu yaxşı bir yol xəritəsidir. Yəqin ki, bu həm Ermənistan dövlətinin və diaspor mərkəzləri ilə birgə planlaşdırılıbdır. Eyni zamanda, öz çevrələrinə də cəlb etdikləri çoxsayda avropalı çinovniklər, siyasətçilər, iş adamları və parlamentarilər vardı. Təxminən bir il öncə Azərbaycan mediası Almaniyada qərarlaşan həmin şəbəkənin üzvlərinin adbaad dərc etmişdir. Onların məxfi yazışmaları, planları deşifrə olunmuşdu. O zaman bizlər bu yöndə Azərbaycan əleyhinə müharibə aparmaq üçün necə səfərbər edildiklərinin şahidinə çevrilmişdik. Müasir dünyamızda hibrit savaşlar termini çox məşhurdur. Bunun anlamı ondan ibarətdir ki, indi müharibə yalnız tanklarla, toplarla aparılmır. İndiki müharibədə mədəniyyət, iqtisadiyyat, eləcə də müxtəlif sahələrdə hibrit savaşların elementlərini görmək olar. Azərbaycan beynəlxalq cəbhədə öz mənafeyini qorumağa çalışarkən, əsilində Ağdərədə, Füzulidə və Azərbaycanın digər bölgəsində, ərazisində ermənilərlə real silahlar vasitəsi ilə döyüş aparır. Əslində bunu belə qəbul etmək lazımdır”.

Zahid Oruc Azərbaycan tərəfinin bu yöndə hansı addımlar atması məsələsinə də aydınlıq gətirərək bildirdi ki, bizim imkanlarımız var ki, Avropa Parlamentinin binasında daha geniş, səviyyəli tədbirlər keçirək: "Birincisi ərazi baxımından işğala məruz qalan tərəf  bizik. İkincisi isə 1990-cı illərdən fərqli olaraq Azərbaycanın imkanları həddindən artıq böyükdür. Üçüncüsü diaspora təcrübəsinə yiyələnmişik. Artıq milli mənafelər ətrafında çoxsayda insanlarımızı ayağa qaldırmaq mümkündür. Lakin təəssüflər, Azərbaycan hakimiyyəti əleyhinə lövbər salan, orada gündəlik fəailiyyətlərini yalnız bunun üzərində indeksləyən və müxtəlif xarici mərkəzlərdən maliyyələşən Leyla Yunus kimi şəxslər özləri də ermənilərlə bilərəkdən sinxrom hərəkət edir. Belə ki, Qarabağ hadisələrinin 30 illiyi, yaxud da keçmiş Xanlar rayonu, indiki Çaykənd ərazisindən rus hərbi birləşmələrin köməyi ilə çıxan ermənilərin mülki hüquqları və s. kimi məsələləri qabardaraq açıq-aşkar düşmən səngərində yer alırlar. Bir çoxlarına belə gəlir ki, biz sovet dövrünün dilindən, leksionundan istifadə edirik, sanki hər yerdə düşmən varmış kimi bir mənzərə yaradırıq. Əslində bu belə deyil, bu vətən bizimdir”.
 
7News.az

Xəbər lenti