Zahid Oruc: “Yeni hökumətin formalaşmasında xalq üçün xidmət əsas götürüləcək” – ÖZƏL

Zahid Oruc: “Yeni hökumətin formalaşmasında xalq üçün xidmət əsas götürüləcək” – ÖZƏL

Aprelin 11-də keçirilən prezident seçkilərində qalib gələn İlham Əliyev bu gün Parlamentdə təntənəli şəkildə andiçib. Bundan sonra Azərbaycan hökuməti istefa verəcək və yenidən formalaşacaq. Məhz yeni hökumətin formalaşması və bir sıra kadr dəyişikliklərinin edilməsi cəmiyyətdə hələ də müzakirə mövzusudur. Hazırda ictimaiyyəti daha kimlərin vəzifədən kənarlaşdırılacağı maraqlandırır. Ümumiyyətlə, yeni hökumət formalaşarkən mövcudq aydalara uyğun olaraq nazirlərin yaş həddi nəzərə alınacaqmı?


Bununla bağlı fikrlərini BNEWS.az-la bölüşən millət vəkili Zahid Oruc qeyd edib ki, Azərbaycan Konstitusiyasının tələbinə görə Prezident andiçərək öz səlahiyyətlərinin icrasına başladıqda mexaniki olaraq Nazirlər Kabineti istefaya göndərilir: "Bu üzdən qarşıdakı dönəmdə birinci növbədə Baş nazirin təyin olunması və onun təqdimatının parlamentə verilməsi həyata keçirilir. Sonrakı dövr ərzində nazirlərlə bağlı qərarlar qəbul ediləcək. Bu gün ölkə rəhbəri andiçmə mərasimi zamanı gələcək 7 illik dövr üçün proqram xarakterli geniş nitq söyləyərək, sözügedən dövr və sonrakı illər üçün idealarını, baxışlarını, iqtisadi inkişafın prioritetlərini müəyyənləşdirdi”.


Zahid Orucun sözlərinə görə, həmi kadr islahatları, sturuktur dəyişikləri, o cümlədən antikorrupsiya addımları daşıyan siyasətin gücləndirilməsi: "Xüsusi ilə də sahibkarlıq təbəqəsinin fəaliyyətinin genişləndirilməsi üçün ona müdaxilələrin tam aradan qaldırılması. Avropa məkanında özünü sınaqdan çıxarmış modellərin bizim respublikamızda da bərqərar edilməsi yönündə addımlar atılacaqdır. Hesab edirəm ki, burada söhbət kriteriya olaraq kiminsə yaşı və yaxud başqa parametrlərdən daha çox xalq qarşısında şəffaf fəaliyyət göstərməyi bacarmaq, çeviklik, məsulliyyətlilik, vahid komanda prinsipi, heç bir kənar, yəni mənfi amillərə yol verməmək, həmçinin insana daha yaxın olmaq və s. digər qanuni tələblərinə əməl etməkdən ibarət olmalıdır. Düşünürəm ki, artıq bu bir cümlə ilə ifadə olunsa, siyasətin üzərində daha çox kilitlənməyə xidmət edir. Mən onu obrazlı belə söyləyirəm ki, gələcək dövr üçün vətəndaş inamını gücləndirmək lazımdır. Cəmiyyətin təşəbbüskarlığına meydan vermək gərəkdir. Məmur məsulliyyətliliyi öndə tutulmalıdır. Məhz bu üç forum ölkə başçısının çıxışının əsas özəyini və nüvəsini təşkil edirdi”.


Zahid Oruc bildirib ki, yeni hökumətin formalaşması ilə bağlı əsas səlahiyyətlər birinci şəxsə məxsusdur: "Burada da yüksək siyasi mədəniyyət nümayiş etdirilərək prezidet tərəfindən qeyd olundu ki, seçki dönəmində prezidentliyə namizədlər tərəfindən irəliyə sürülən bir çox təkliflər üzərində adminstrasiyada diqqətlə iş aparılacaqdır və faydalı təkliflərdən istifadə ediləcəkdir. Bu çox önəmli məsələdir. Bir tərəfdən siyasi barış, siyasi dialoqun daha da genişləndirilməsi, cəmiyyətdə həmrəylik mühütünü dərinləşməsinə xidmət edəcək. Yəni partiyalar, hərəkatlar, fərdlər, siyasi məram daşıyan qüvvələr bir-birinə düşmən münasibəti bəsləməli deyillər.


 

Prezident İlham Əliyevin dediyi kimi, bu gün marginallaşmış bir ovuc dəstə kimi xarici maraqları özündə əks etdirən, səfirliklər tərəfindən idarə olunan və varlıqlarıyla yalnız onların sərəncamına, istəyinə bağlı olanlar var. Məhz bunları çıxmaq şərti ilə bütövlükdə götürəndə Azərbaycan cəmiyyətində bu mövqe hakim kəsilibdir ki, dövlət başçısı bu marafonu qalibi olaraq, bütün milləti birləşdirməyə qadirdi. Yalnız onun şəxsiyyəti ətrafında bunu təmin etmək mümkündür. Həm təbəqələr, həm siyasi mənafeylər, həm etnik və milli qruplar baxımından təyin edəndə biz onu görməkdəyik. Ona görə də yeni hökumətin formalaşmasında ölkə rəhbərinin bugünkü çıxışının konturları bizə onu deməyə əsas verir ki, qarşıdakı dövrün çağırışları və o tələblərə uyğun davranış göstərmək, millət üçün işləməyi bacarmaq, hər bir nazirin təyinatında çox böyük önəmi olcaqdır. Amma kimlərin vəzifə dənkənarlaşdırılacağı, kimlərin qalacağı barədə danışmaq qeyri-etik olardı. Çünki Azərbaycan Konstitusiyası bütün bu səlahiyyətləri ölkənin rəhbərinəverir”.

 

7news.Az

Xəbər lenti