Zeedorf rəsmən La Liqa klubunda

Zeedorf rəsmən La Liqa klubunda
"Milan”ın sabiq futbolçusu və baş məşqçisi Klarens Zeedorfun yeni iş yeri rəsmən müəyyənləşib.

7News.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, hollandiyalı mütəxəssis "Deportivo” ilə anlaşıb. Zeedorfun yeni klubu ilə müqaviləsi mövsümün sonuna kimi nəzərdə tutulub. 

Son olaraq Çinin "Şençjen” klubunda çalışan 41 yaşlı məşqçi La Liqa klubunda Kristobal Parralonu əvəzləyib. 

Qeyd edək ki, son 7 oyunda qələbə qazana bilməyən "Deportivo” 22 turdan sonra 18-ci pillədə qərarlaşıb. 

Xəbər lenti