“Zima” festivalı istedadlı uşaqları müsabiqəyə dəvət edir - FOTO

“Zima” festivalı istedadlı uşaqları müsabiqəyə dəvət edir - FOTO

2016-cı ildə Bakıda "Beat Group” tərəfindən həyata keçirilən "Zima” uşaq estrada mahnıları festivalının II mövsümü baş tutacaq.

7News.Az xəbər verir ki, bu münasibətlə altı yaşdan 16 yaşadək olan uşaqlar üçün əlavə kastinq elan edilib. 

Bunun üçün aşağıdakıları etmək lazımdır:

Hər hansı bir dildə ən sevimli mahnını oxumaq və videoya çəkmək.

Çəkdiklərinizi (050) 238 08 08 "WhatsApp” nömrəsinə göndərmək.

Müraciətiniz təsdiqlənəndən sonra təşkilatçılar "Zima”nın potensial iştirakçısı ilə əlaqə saxlayacaq və onu canlı dinləmələrə dəvət edəcəklər.

Qeyd edək ki, bu il festival beynəlxalq səviyyədə keçiriləcək, çünki qonşu ölkələrdən uşaqların cəlb edilməsi planlaşdırılır. 

Həmçinin, müsabiqədə Azərbaycan pop ulduzlarının çıxışları gözlənilir. II "Zima” uşaq estrada mahnıları festivalı 2019-cu il 16 fevral tarixində Heydər Əliyev Sarayında keçiriləcək və şəhərin mədəni tədbirləri sırasında parlaq bir hadisə olacaq.

Onu da bildirək ki, bu ildən etibarən, İTV telekanalı sayəsində festival televiziya layihəsi statusunu alıb. Final qala-konsertindən üç ay əvvəl kanal festivalın bütün hazırlıq prosesini həftəlik gündəliklərdə işıqlandıracaq və tamaşaçılar iştirakçıların hazırlıq prosesi ilə tanış ola biləcəklər.

Həmçinin, II mövsümdə ilk "Zima” festivalına qatılan uşaqların iştirakı də nəzərdə tutulur.

Qala konsertin aparıcıları isə Rüfət Məmmədov və Nəzrin Əsədova olacaq.

Xüsusi qeyd etmək lazımdır ki, "Zima” müsabiqə deyil, sırf mahnı festivalı olduğundan qalib elan olunmayacaq – hər iştirakçı festivalın diplomuna layiq görüləcək.

Layihə üzərində peşəkar mütəxəssislər qrupu çalışır: quruluşçu rejissor – Əməkdar incəsənət xadimi Ülviyyə Könül, musiqi prodüseri – Rüstəm Rzayev, vokal müəllimi – Ukraynanın Əməkdar artisti Rimma Şapovalova.

II "Zima” Festivalı yalnız özlərini sübut etmək və güclərini sınamaq üçün deyil, həmçinin istedadlı uşaqların qısa müddətdə peşəkarlarla çalışaraq əvəzsiz təcrübə qazanmaq üçün əla şansdır.

 

7News.Az

Xəbər lenti