Özü Astarada heroinlə yaxalandı, arvadı isə Rusiyada axtarışdadır

Özü Astarada heroinlə yaxalandı, arvadı isə Rusiyada axtarışdadır

Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Rusiya Federasiyasının vətəndaşı Bəhruz Cəfərovdan şəxsi axtarış zamanı 4,3 qram tiryək və 0,7 qram heroin aşkar edilib.

7news.Az DİN-ə istinadən xəbər verir kitədbirlərin davamı olaraq onun Şahağacı kəndində yaşadığı evindən isə əlavə olaraq 3 kiloqram 90 qram tiryək aşkar olunaraq götürülüb.

 

Araşdırmalar zamanı B.Cəfərov və arvadı Rühəngizin Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228-ci maddəsi (narkotik vasitələrin qanunsuz dövriyyəsi) ilə axtarışda olmaları da müəyyən edilib.

Faktla bağlı araşdırmalar aparılır. 

7news.Az

Xəbər lenti