Özündən 30 yaş kiçik qadınla evləndi, evini satdı, sərgədan oldu - VİDEO - FOTO

Özündən 30 yaş kiçik qadınla evləndi, evini satdı, sərgədan oldu - VİDEO - FOTO

Yeni Zelandiya vətəndaşı, 64 yaşlı Piter və Hollandiya vətəndaşı, 34 yaşlı Miriam artıq 12 ildir ki, köçəri həyat yaşayırlar. Onlar ailə qurandan az sonra evlərini satıblar, hələ də bitməyən səyahətə çıxıblar.

7News.Az Daily Mail-ə istinadən bildirir ki, Miriamın dediyinə görə, Piterlə tanış olanda 22 yaşı vardı.

"12 il əvvəl baş verdi bu hadisə. Hindistanda səyahətdə idim. Piterlə tanış oldum. Mənə aşiq oldu, mən də ona vuruldum. Aramızdakı yaş fərqi də qətiyyən problem deyil", - Miriam söyləyib.

Yeniyetməlik illərində idmanla çox fəal məşğul olduğunu vurğulayan Miriam əri ilə tanış olandan bəri səyahətdədir.

Vaxtilə müəllim işləmiş Miriamın sözlərinə görə, evlərini 40 min funt-sterlinqə satandan sonra köçəri həyat sürməyə başlayıblar.

Piterlə Miriam hazırda Bolqarıstanın cənub-şərqindədirlər. Onlar Rodopi dağlarında çadır qurublar.

Pitersə əvvəllər universitetdə dərs deyib, ekologiya elmləri üzrə elmlər doktoru olub.

 

"Günlərin birində auditoriyada oturmuşdum. Düşündüm ki, fərz edək, burada mənə işin hər saatına görə lap 50 dollar ödyəcəklər. Sonra?! Belə rutin həyat məni şoka saldı. Anladım ki, əsl həyatım bu divarlardan kənarda başlanacaq. Evə getdim, paltarlarımı çantaya yığdım, daşınmaz əmlak agentinə zəng vurub evi satışa çıxarmasını istədim və həmin çantanı götürüb aeroporta yollandım. Köçəri həyatım başlandı", - Piter söyləyib.

İndi qidalanmaq üçün ov edən, bitki toplayan ərlə arvad saçlarını çaylarda və bulaqlarda yuyurlar.

Miriam yay-oxla ova çıxır Piter isə arvadının vurduğu şikarı bişirir.

Onların dediklərinə görə, ildə maksimum 3 min funt xərcləyirlər və bu pul onlara bəs edir.

"Ərimlə aramda tam açıq, sərbəst münasibətlər var. Nə o, mənə hakimdir, nə də mən ona. Azad insanlarıq, istədiyimizi edə bilərik", - Miriam deyib.

7News.Az

 

Özündən 30 yaş kiçik qadınla evləndi, evini satdı, sərgədan oldu - VİDEO - FOTO

Özündən 30 yaş kiçik qadınla evləndi, evini satdı, sərgədan oldu - VİDEO - FOTO


Özündən 30 yaş kiçik qadınla evləndi, evini satdı, sərgədan oldu

Xəbər lenti