Zəlzələdən ABŞ-a sığınan 200 min nəfər geri göndərilir - Vaxt verildi

Zəlzələdən ABŞ-a sığınan 200 min nəfər geri göndərilir - Vaxt verildi

ABŞ rəhbərliyi 2001-ci ildə güclü zəlzələdən sonra bu ölkəyə gələn 200 minə yaxın salvadorlunu geri göndərməyə hazırlaşır.

7news.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Daxili Təhlükəsizlik Nazirliyi El-Salvadoru "Müvəqqəti Mühafizə Statusunu” itirdiyini açıqlayıb.

Nazir Kirstyen Nielsen bildirib ki, son 16 ildə ABŞ-da təbii fəlakətlərdən əziyyət çəkən insanlar üçün humani yardımlardan ən çox faydalananlar salvadorlular olub.

O qeyd edib ki, salvadorlular 2019-cu ilin sentyabrına qədər ölkələrinə geri qayıtmaları üçün lazımi sənədləşməni tamamlamalıdır. Əksə halda onlar deportasiya ediləcəklər.

Nazir sözlərinə əlavə edib ki, hazırda Salvadorda zəlzələnin bütün fəsadları ortadan qaldırılıb və ölkədən gedənlərin geri qayıtması üçün lazımi şərait mövcuddur.

Qeyd edək ki, Tramp 2017-ci ildə Honduras, Nikaraqua və Haiti sakinlərinə də humanitar yardımı dayandırmış və onlara geri qayıtmaq üçün 18 ay vaxt vermişdi.

Xatırladaq ki, Salvadorda 2001-ci ildə baş verən 7,7 ballıq zəlzələdə 944 nəfər ölmüş, 5 mindən çox insan yaralanmışdı.

Xəbər lenti