ABŞ-da qaz fəlakəti: 3 şəhərdə 70 bina partlayıb yandı - VİDEO - FOTO

ABŞ-da qaz fəlakəti: 3 şəhərdə 70 bina partlayıb yandı - VİDEO - FOTO

ABŞ-ın Massaçusets ştatında, Boston şəhərindən şimalda, üç şəhərdə böyük yanğın olub. Yanğında 70 ev partlayıb və yanıb.

7News.Az ABC-yə istinadən bildirir ki, yanğının səbəbi "Columbia Gas" şirkətinə məxsus qaz boru kəmərləri şəbəkəsindəki sızıntılardır.

Partlayış və yanğınların baş verdiyi Lourens, Andover və Şimali Andover şəhərlərinin sakinlərinə təcili təlxiyə təklif olunub. Bundan başqa, yerli sakinlərə qısa qapanmalara və yanğınlara səbəb olmamaq üçün elektrikdən istifadə etmək, eletrik məişət avadanlıqlarından, telefon və smartfonlardan istifadə etməmək təklif olunub.


ABŞ-da qaz fəlakəti: 3 şəhərdə 70 bina partlayıb yandı

Yerli elektrik şirkəti artıq ehtiyat tədbirləri görərək sözügedən şəhərlərin elektriklə təminatını dayandırıb.

Yanğınlar və partlayışlarda artıq 18 yaşlı Leonel Robson həlak olub. Lourens şəhərinin sakininin evində tüstü bacası çöküb.

Kritik vəziyyətdə Massaçusetsdəki hospitala aparılan Robson reanimasiya bölməsində keçinib.

Yaralılar çoxdur. Belə ki, sadəcə, Lourens şəhərinin hospitallarına artıq 12 yaralı yerləşdirilib.

 

Bir qismi sığınacaq kimi istifadə olunmağa başlanmış yerli məktəblərdə dərslər ləğv olunub.

Andover şəhər polisindən verilən məlumata görə, 35 ev alışıb. 18 evdə yanğınlar eyni vaxtda başlayıb.

Andover şəhərinin yanğınsöndürmə xidmətinin rəisi Maykl Mensfildin dediyinə görə, o, şokdadır: "Şəhər indi döyüş meydanına bənzəyir. İndiyədək belə fəlakət görməmişdim".

"Columbia Gas" bu həftənin əvvəlində boru kəmərləri şəbəkəsində təzyiqin artması ilə bağlı problemlər yarandığını bəyan etmişdi. Şirkət dünən bütün Massaçusets ştatında, o cümlədən 70 evin partlayaraq yandığı bölgələrdə qaz boru kəmərlərinin yenilənmə işlərini planlaşdırmışdı.

2012-ci ilin noyabrında "Columbia Gas" şirkəti Massaçusets ştatındakı Sprinqfild şəhərində qaz sızması nəticəsində partlayışda suçlanmışdı.

"Scores' Gentlemen Club" striptiz-klubunda qaz sızması nəticəsində 4 bina yanmış, 18 nəfər xəsarət almışdı.

ABŞ-da qaz fəlakəti: 3 şəhərdə 70 bina partlayıb yandı - VİDEO - FOTO

ABŞ-da qaz fəlakəti: 3 şəhərdə 70 bina partlayıb yandı - VİDEO - FOTO

ABŞ-da qaz fəlakəti: 3 şəhərdə 70 bina partlayıb yandı - VİDEO - FOTO

7News.Az

Xəbər lenti