Amerikada iki yeni ştat yaradıla bilər

Amerikada iki yeni ştat yaradıla bilər

2018-ci ilin noyabr ayında Kaliforniya ştatının üç hissəyə - Kaliforniya, Şimali Kaliforniya və Cənubi Kaliforniyaya bölünməsi ilə bağlı referendum keçiriləcək.

7news.Az xəbər verir ki, bu haqda "LA Times” məlumat yayıb.

Silikon vadisinin milyonçularından olan Tim Dreyper referendumun elan olunması üçün tələb olunan 400 min imzanı toplaya bilib.

Dreyperin sözlərinə görə, Kaliforniya ərazisində iki əlavə ştat yaradılsa, bölgədə infrastruktur daha da yaxşlılaşdırılacaq, təhsil sistemi inkişaf edəcək və vergilər azaldılacaq.

Ümumştat səsverməsində Kaliforniya sakinləri yeni ştatların yaradılmasını dəstəkləsə, bu Amerikada 1863-cü ildən bəri ilk parçalanma olacaq (1863-cü ildə Qərbi Virciniya yaradılıb).

7news.Az

Xəbər lenti