18 yaşlı tələbəni meşəyə qaçırıb ölümlə hədələdilər: "Dönər bıçağı ilə boğazıma..." - Video

18 yaşlı tələbəni meşəyə qaçırıb ölümlə hədələdilər:
18 yaşlı lisey tələbəsini meşəlik əraziyə apararaq təhdid edib, ölümlə hədələdilər.

7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, S.D adlı gənc qız 6 nəfər tərəfindən oğurlanaraq meşəyə aparılıb. Aralarında 4-nün qız olduğu həmin şəxslər qızı dönər bıçağı ilə qorxudublar. Bu zaman onlardan biri olanları telefonu ilə çəkməyə başlayıb.

Çəkilən video sosial şəbəkələrdə yayılandan sonra polis araşdırmaya başlayıb və həmin şəxslər saxlanılıb. Görüntülərdə qızın saçından tutularaq süründüyü, təpikləndiyi anlar yer alıb. 18 yaşlı gənc ona qarşı edilən canilikdən danışıb: 

"Boğazıma dönər bıçağı dirəyib, dedilər ki, ilk dəfə deyil ki, biz burada adam kəsirik. İlk dəfə adam döymürük, mən qəssabam. Əgər olanlardan ailənə bəhs etsən, səni yenidən buraya gətirib doğrayıb basdıraram” 

Saxlanılan şəxslərə 23 ilə həbs cəzası istənilib. Onlardan 3-ü azyaşlı olduğu üçün uşaq polisinə təhvil verilib. Digərləri barədə araşdırmalar davam edir. 


 

7News.Az

Xəbər lenti